Rövşən Əsgərov Rusiyada ona qarşı açılan cinayət işini şərh etdi - VİDEO

“Mən özüm ali təhsilli tarixçiyəm. Tarixdə isə hər şey faktlara əsaslanır”, - deyə Rövşən Əsgərov Rusiyada ona qarşı açılan cinayət işini şərh edib.
“Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. Yerdə qalan faktların hamısı, “Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, - deyə həmyerlimiz bildirib.