Nensi Pelosi: “Amerikanın əlavə dəstəyi artıq yoldadır”

ABŞ qanunvericiləri ölkə prezidenti Co Baydenin Ukraynaya yardım üçün əlavə vəsait ayrılması üçün göndərdiyi sorğu üzərində işləyirlər.

APA bildirir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Kiyevə səfərindən sonra yaydığı bəyanatda deyilir.

Demokratlar Partiyasını təmsil edən və hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi, günün əvvəlində bir qrup ABŞ qanunvericisi ilə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Onun sözlərinə görə, nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, “Amerikanın əlavə dəstəyi artıq yoldadır”.

#
APA