ABŞ dövlət katibinin müavini Ermənistan XİN başçısı ilə görüşüb

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bardə Ermənistan XİN məlumat yayıb.

Bildirilir ki, tərəflər Cənubi Qafqazdakı durumu, o cümlədən Azərbaycan və Ermənistan liderlərinin Soçi və Brüssel görüşlərində əldə olunmuş razılıqların icrasını müzakirə ediblər.