Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü baş tutub

Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu xüsusi nümayəndələr arasında üçüncü görüşdür.