"Formula 1": Bakıdakı qəzadan sonra bolidin ön hissəsi qopub

"Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

"Report"un məlumatına görə, "Aston Martin"in digər pilotu Lans Strollun idarə etdiyi bolid qoruyucu səddə çırpılıb.

Avtomobilin ön hissəsi qopub və təkərə ziyan dəyib. Nəticədə qırmızı bayraq qaldırılıb, Stroll isə mübarizəni dayandırıb. Yarış 18:40-da bərpa olunacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.