Bayramovla Lavrovun brifinqi başladı - YENİLƏNİB 

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında geniştərkibli görüş başa çatıb.

“Report” xəbər verir ki, hazırda nazirlər birgə brifinq keçirirlər.

12:13

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrovun təkbətək görüşü başa çatıb.

“Report” xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

11:42

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər bağlı qapılar arxasındakı müzakirələrdən sonra mətbuat konfransı keçirəcəklər.

Nazir Ceyhun Bayramov #Azərbaycan/a səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu salamlayır.

Qeyd edək ki, bundan əvvəl Sergey Lavrov Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb. Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.