Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçılarını təbrik edib – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
O təbrik mesajını öz “Instagram” profilində paylaşıb.
Paylaşımda deyilir:
“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”