Azərbaycan ermənilərin Laçında evləri yandırmaları ilə bağlı Avropa Məhkəməsinə məlumatlar təqdim edib

“Bu yaxınlarda ermənilər tərəfindən Laçının kəndlərindəki evlərin yandırılması və sökülməsi ilə bağlı bütün məlumatlar vaxtında Avropa Məhkəməsinə təqdim edilib”.

Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, ötən həftənin cümə günü Azərbaycan dövləti Avropa Məhkəməsinə yeni məlumatlar təqdim edib:

“Məlumatda qeyd olunub ki, Laçını tərk edən ermənilər bu yanğınları dayandırmalı, bu əməldən çəkinməlidirlər”.