Zelenski bu köynəyi ilə gündəmdədir + FOTO

  Ukrayna Prezidenti Volodimir Zelenskinin geyindiyi köynək sosial mediada gündəm olub. 
  “Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı Olena Zelenskayanın sosial media hesabında Ukraynanın Müstəqillik Gününə aid özəl paylaşımında V.Zelenskinin köynəyinin naxışları diqqətləri cəlb edib. Qəhvəyiyaşıl (xaki) rəngli köynəkdə “vişivanka” adlanan ənənəvi Ukrayna köynəyinin üzərində tank və zirehli texnikaların ornamentləri olub. Köynəyin yuxarısında Ukrayna istehsalı olan BTR-3E1 tipli zirehli maşın naxışları da görünüb.