Avstriya şirkəti Azərbaycanda nümayəndəliyini açıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “LUKOIL Technology Services GMBH” şirkətini dövlət qeydiyyatına alıb.

Trend-in quruma istinadən verdiyi məlumata görə, MMC Avstriyanın "LUKOIL Technology Services GMBH" şirkətinin törəmə şirkətidir.

Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Emin Ağayevdir.

Qeyd edək ki, “LUKOIL-INFORM” MMC-nin törəmə şirkəti olan “LUKOIL Technology Services GMbH” 2005-ci ilin fevralında Vyanada (Avstriya) qeydiyyatdan keçib. Şirkət şaquli inteqrasiya olunmuş "LUKOIL" neft şirkətinin xarici müəssisələrinə informasiya texnologiyaları xidmətləri göstərir.