İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bu barədə İlqar Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

"MSK bu gün təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd edib: “Nəticə etibarilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun videomüraciətim də olacaq", - İ.Məmmədov qeyd edib.