Azərbaycanın Fransadakı səfiri fransız deputatlara çağırış etdi - FOTO

“Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır”.
Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında fransalı deputatlara səslənərkən deyib.
O bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı sayılırlar.
“Ümumbəşəri dəyərlər sizdən tələb edir ki, Azərbaycanın sülh səylərini dəstəkləyəsiniz”, - deyə səfir fransalı deputatlara çağırışında bildirib.