Laçın yolunda aksiya keçirilən yerdən BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər aksiya keçirilən yerdən keçərək Laçın istiqamətinə gedən BQXK-ya məxsus 3 avtomobil yenidən Xankəndiyə qayıdıb.

BQXK-ya məxsus avtomobillərin yoldan maneəsiz keçməsinə şərait yaradılıb.

***

09.17

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını yenidən nümayiş etdirib.