"Sən gördüyüm, tanıdığım ən gözəl insan idin! Ən gözəl həyat yoldaşı idin! Mənə həm ata, həm ana idin! Həm bacı, həm qardaş oldun. Mənim ən yaxın dostum idin. Səndən çox razı oldum. Allah səndən də razı olsun, gözəl həyat yoldaşım! İnşallah qiyamətdə görüşərik!".
"Sherg.az" xəbər verir ki, bu sözləri xərçəng xəstəliyindən dünyasını dəyişən aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal instaqram səhifəsində yazıb.
Qeyd edək ki, hər kəsin “Toppuş bacı” kimi tanıdığı T.Əliyeva uzun sürən ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.