Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançılara yarışlara bığ və saqqalla qatılmağa icazə verib.
Boksçular yarış zamanı saqqal və bığ saxlaya biləcəklər.
"Sherg.az"xəbər verir ki, "Şənbə axşamı" verilişinin qonağı olan gənclər və idman naziri Fərid Qayıbov efirdə bu xəbərə münasibət bildirib:
"Hazırda saqqal çox məşhurdur. Gənclərin əksəriyyəti saqqal saxlayır. İndi trenddirsə, niyə də yox.
Mən də hər zaman bığ saxlamaq istəyirdim. Amma yoldaşım icazə vermir".