"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı".
"Sherg.az" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Twitter" hesabında yazıb.
"Dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır"-, o qeyd edib.