Blinkenin köməkçisi Bakıya gəlir

ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə köməkçisi Mişel Sisonun gələn həftə Azərbaycana səfəri planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Sison bir neçə ölkəyə səfəri çərçivəsində martın 29-da Bakıya gələcək.

Sison davamlı inkişaf və transmilli problemlər, o cümlədən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi üzrə çoxtərəfli əməkdaşlığı müzakirə edəcək.