Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun vəfat etdiyi iddia olunur.
Yayılan məlumata görə, Moskvadan İstanbula gələn S. Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından dünyasını dəyişib.
"Sherg.az"a danışan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Bakıda deyil və hadisəni yeni eşidib:
"Hər kəsin bu dünyada yaşamaq haqqı var və ulu tanrı hamıya bir taleyi qismət edir. Zaman gəldikdə isə hamı yaxınları ilə vidalaşır. Deyə biləcəyimiz sadəcə bir söz var Allah rəhmət eləsin və günahlarını bağışlasın".