Elektron siqaret düşkünlərinin diqqətinə!  - Ətri aldadıcıdır

Xərçəng yaradır

Elektron siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər

  Elektron siqaretlər, uzun müddətdir dəbdədir, amma ətirli tüstünü ciyərlərinə çəkənlər onun digər siqaretlər qədər təhlükəli olduğunun fərqinə varmır. Mütəxəssislər bu fikirdədir ki, elektron siqaretlərin məhz ətri aldadıcıdır. Və siqaret düşkünləri bu ətrin “izinə düşərək” ölümə doğru gedirlər. 
“Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, qardaş Türkiyədə elektron siqaret satışı 2008-ci ildən qadağan edilib. 
Buna baxmayaraq, bu ətirli siqaretlər hətta orta məktəblərdə də populyardır, yeniyetmələr, gənclər ondan istifadə edir. Bir siqaretlərin internet üzərindən də satışı həyata keçirilir. Halbuki elektron siqaretlərin  tərkibində xərçəng xəstəliyi yaradan nitrozaminlər, civə, qurğuşun, nikel kimi bir çox zərərli kimyəvi maddə var. Mütəxəssislər orta məktəblərə ayaq açmış elektron siqaretlərin satışının, reklamının qarşısının alınmasını vacib sayır. Daha çox internet üzərindən satışı icra edilən siqaretlərin reklamında fərqli ətirlərə və 2000-6000 qüllaba sahib olmaları vurğulanır. Problem bundadır ki, bəzi valideynlər elektron siqareti zərərli saymır və övladlarının siqaret həvəsini onunla təmin etməyə icazə verirlər. Onlar səhv olaraq düşünür ki, elektron siqaret adi siqaretdən fərqlənir, zərərli deyil, guya tüstü birbaşa ciyərlərə nüfuz etmir. Bunlar hamısı elektron siqaret tacirlərinin uydurmalarıdır. Əslində isə elektron siqaret adi siqaret qədər, hətta ondan da artıq dərəcədə zərərlidir.
Sadəcə, bəziləri elektron siqareti müasirlik, dəb hesab edir, onun ətrinə, görünüşünə aldanırlar. Acıbadem Sağlıq Qrupu Ağ ciyər xəstəlikləri üzrə mütəxəssisi, professor Bülənt Tutluoğlu bildirib ki, e-siqaretlərin tərkibindəki müxtəlif kimyəvi maddələr ölümcüldürlər: 
“Xüsusən ətirli e-siqaretlər daha böyük təhlükə daşıyıcısıdır. Onların tərkibindəki e-asetat maddəsi ağ ciyərləri sıradan çıxarır. E-siqaretlər “məsum” kimi təqdim edilir, amma belə deyil. Adi siqaretlər orqanizmə hansı zərəri verirsə, bunlar da eynidir. Ətirli e-siqaretlərdə kimyəvi maddələr  daha çox olduğundan zərəri də daha böyükdür. Ağ ciyər çatışmazlığına yol açır. Beyin hüceyrələrini zədələyir. Damar keçməzliyi yaradır. Xərçəng riskini artırır. Qanda qatılaşmaya və bu səbəbdən də ölümlərə əsas olur. Professor e-siqaret alışqanlığının narkotik maddə asılılığı yaratdığını da bildirib: “ E-siqaret tüccarları siqaret çəkməyənləri də “e-siqaret zərərsizdir”, deyib şirnikləndirirlər və insanlarda asılılıq yaradırlar. Əslindəsə siqaret asılılığını elə həmin bu e-siqaretlər yaradır. Sonra da narkotik maddə aludəçiliyi başlayır”. Professor bu fikirdədir ki, e-siqaretin 18 yaşdan aşağı olanlara satışıyla bağlı sərt qadağalar qoyulmalı, internet üzərindən satışa da nəzarət edilməlidir.