Erməni lobbisinin barmaq izləri...

ABŞ film platforması “Atatürk” filmini yayımlamaqdan imtina edir


  Atatürk haqqında çəkilmiş filmi yayımlamaq öhdəliyi götürən ABŞ film platforması indi bundan imtina edir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, buna səbəb ABŞ-dəki erməni lobbisinin filmin yayımına etiraz etməsidir. Mərkəzi ABŞ-də yerləşən, Türkiyədə yerli şöbəsi fəaliyyət göstərən dizi-film platforması ötən il filmin yayımlayacağını bildirib. Lakin platforma yerli məzmunlu filmləri yayımdan çıxaracağını elan edib, o cümlədən də “Atatürk” filmini. Qardaş Türkiyədə isə buna sərt təpkilər yağmaqdadı. "CNN Tük"ə danışan haim Ədalət və Qalxınma Partiyasının başqan yardımçısı Ömər Çelik bunun qəbuledilməz olduğunu bildirib: “ABŞ-də erməni lobbisinin xəstə təxəyyülünə boyun əyirlər. Biz bunu qınayırıq. Təpkilərimizi davam etdirəcəyik. Başqa bir durum da var. Düşüncə hürriyətinin, fikir azadlığının sərhədi harada başlayır, harada bitir? Demokratik dəyərlərdə bulanıqlıq olmamalıdır. Lakin Qərb demokratiyasında bulanıqlıq krizisi hökm sürür”. Ö.Çelik qeyd edib ki, Türkiyə Radio, televiziya üst quruluşu məsələni diqqətdə saxlayır, platformanın rəsmiləri ilə danışıqlar aparacaq. “Biz bunu qəbul edə bilmərik. Buna heç bir şəkildə göz yummayacağıq. Ölkəmizdə fəaliyət göstərən bir qurum bizim dəyərlərə hörmət etməlidir”. RTÜK başqanı Əbubəkr Şahin də açıqlama verərək “Disney + “ adlı rəqəmsal mediya qurumunun yerli məzmunlu sayılan “Atatürk” dizisini (4 hissədən ibarət) platformada yayımlamaqdan imtina etməsi ilə əlaqədar hüquqi işlər başladıldıığnı deyib. CNN-də canlı yayıma qatılan media nümayəndələri də Türkiyə Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Paşaya yönəlik ayrı-seçkiliyin qəbuledilməz olduğunu və yayım platformasının buna rəsmi şəkildə izahat verməli olduğunu deyiblər.