Səbuhi Məmmədli evə buraxıldı - ÖZƏL

Bir müddətdir səhhətindəki problemlərlə mübarizə aparan jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb. 

Bu barədə "Sherg.az"a həmkarımızın oğlu Ramal Məmmədli məlumat verib. 

Xatırladaq ki, tanınmış jurnalist ötən ilin noyabrında əməliyyat edilib və bir ayağı amputasiya olunub.

Ötən günlərdə isə onun vəziyyəti ağırlaşıb, süni tənəffüs aparatına qoşulub.