Bir müddət əvvəl vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulan tanınmış jurnalist Səbuhi Məmmədli xəstəxanadan evə buraxılıb.
"Sherg.az" S.Məmmədlinin özü ilə əlaqə saxlayıb. O, səhhətinin qaydasına düşdüyünü dedi:
"Xəstəxanadan evə buraxılmışam. Şükür Allaha, hər şey yaxşıdır. Yəqin ki, gələn həftədən işə çıxacağam. Yüngülvari ağrılarım var. Həmkarlarım da səhhətimlə maraqlanırlar".