İzləyicinin təpkisi gündəm oldu

“Bu nədir, Kənan bəy? 30 minlə biz nə edək?!”

  Türkiyənin ATV kanalında, sevilən aktyor Kənan  İmırzalıoğulunun təqdimatında yayımlanan “Kim milyoner olmaq istər?” proqramının növbəti bölümü maraqlı anlarla yadda qalıb. Yarışmaya qatılmış Rəcəb Murat Yalçınkaya, 1 milyon lirə dəyərindəki suala bir addım qalmış verdiyi səhv cavabla 2-ci itirilməyən məbləğə - 30 min tl-ləyə “yuvarlanıb”. Bu, izləyicilər tərəfindən nə qədər təəccüb və peşmanlıqla qarşılansa da, Rəcəbin tamaşaçılar arasında əyləşmiş anasının təpkisi gündəm olub. Proqramda ikinci itirilməyən məbləğədək uğurla şıxış edən, 200 min tl-lik suala da doğru cavab verən Rəcəb11-ci sualda çətinliklə üzləşib. 11-ci suala cavab versəydi, 400 min tl qazanacaqdı və 1 milyonluq sualı eşidəcəkdi. Rəcəbin səhvi onda olub ki, o, qazandığı məbləği götürüb yarışmanı tərk etmək əvəzinə,   dəqiq bilmədiyi cavabı səslənidirib. Və 200 min tl-ni itirib. Bunu görən anası isə “kaş ki yarışmadan çəkiləydin, Rəcəb! 30 min Tl çox azdır, Kənan bəy! Oğlum küyə getdi! Çəkilsəydi yaxşı olardı. 200 min tl ilə çox iş görərdik. 30 minlə nə edəcəyik!”, söyləyib. Yarışmaçının anasının təpkisi gündəmə damğa vurub, proqram izləyiciləri ananın təpkisini sosial mediada paylaşıblar.