Yaxın Şərqdə gərginlik tam sürətlə davam edir. ABŞ-nin Respublikaçı senatoru Lindsey Qrem baş verənlərlə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, CNN-ə danışan Lindsey HƏMAS-ın İsrailə qarşı hücumlarının arxasında İranın olduğunu iddia edib. Senator ABŞ prezidenti Co Baydenə istinad edərək açıqlamalarına davam edərək, "İran hücumların arxasında olduğunu inkar etdi, lakin heç bir sübut yoxdur" deyib və əlavə edib:
“Həmas bu hücuma aylarla hazırlaşırdı. Bu havadan, dənizdən və qurudan hücum idi. İranın xəbəri olmadan bunun baş verməsi ehtimalı yoxdur. İranla HƏMAS arasındakı münasibətləri bilirsinizsə, İranın bəyanatlarına inanmaq mümkün deyil”.
Aparıcının “ABŞ birbaşa müharibədə iştirak edəcəkmi?” sualını cavablandıran Qrem, “Biz artıq birbaşa iştirak edirik. Bu gecə 14 amerikalı öldü, ailələrindən üzr istəyirəm. Mən bunu çox açıq deyirəm. Əgər HƏMAS girovları öldürsə və Hizbullah şimaldan hücum etsə, İsrail daxilində iki cəbhə yaranacaq. Mən nə edərdim? Mən İranın neft infrastrukturunu bombalayardım.