ABŞ prezidenti Co Baydenin dünənki açıqlamalarından sonra Ağ Ev rəsmisi CNN-ə bildirib ki, nə Bayden, nə də onun administrasiyası HƏMAS tərəfindən başları kəsilən uşaq və ya körpələrin fotoşəkillərini görməyib. Sherg.az xarici KİV-lərə istinadən bildirir ki, bu istiqamətdə xəbərlər Ağ Ev tərəfindən təsdiqlənməyib.
Ağ Ev rəsmisi vurğulayıb ki, Baydenin sözləri media orqanları və İsrail rəsmiləri tərəfindən açıqlanan şərhlərə aiddir.
Qeyd edək ki, dünən yəhudi liderləri qarşısında çıxış edən Bayden, "Amerikalıların baş verənləri görməsi vacibdir. İsraildə uşaqların başını kəsən terrorçuların şəkillərini görüb təsdiq edəcəyimi heç düşünməmişdim" deyə bildirib.
HƏMAS isə dünən məsələ ilə bağlı açıqlama verib və mətbuatda İsrailə qarşı hücumları zamanı uşaqlara hücum etdiyinə dair xəbərləri təkzib edib və bunu "yalan" adlandırıb.
“Həmas, Fələstin İslami Müqavimət Hərəkatı bəzi Qərb KİV-lərinin fələstinli azadlıq döyüşçülərinin uşaqları öldürdüyü və mülki insanları hədəf aldığına dair yalan iddialarını qətiyyətlə rədd edir”, HƏMAS Telegram kanalında bildirib.