Türkiyə Cümhuriyyətin 100-cü il dönümü ABŞ tərəfindən təbrik edilib. ABŞ dövlət katibi Antoni Blinken yazılı açıqlamasında Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü qeyd edərək, Amerika xalqı adından Türkiyə xalqına səmimi təbriklərini çatdırıb.
Sherg.az xəbər verir ki, Blinken, “Bu 100 il ərzində Türkiyənin getdikcə daha əhəmiyyətli bir qlobal aktora çevrildiyini və xalqlarımız arasındakı dostluğun getdikcə dərinləşdiyini gördük. Bizim NATO alyansımız regional sülh və təhlükəsizliyin təməlidir və biz Ukraynanın suverenliyini və demokratiyasını dəstəkləmək üçün həmrəyyik”, - deyə bildirib.
Ticarət və investisiya əlaqələrinin inkişafının hər iki ölkədə məşğulluq və iqtisadi imkanlar yaratdığına diqqət çəkən Blinken, hər iki ölkəyə səyahət edən tələbələrin, mütəxəssislərin və turistlərin sayının artmaqda davam etdiyini və bunun ABŞ-Türkiyə xalqlarını daha da yaxınlaşdırdığını bildirib. Blinken daha sonra deyib: “Bu tarixi münasibətlə Türkiyə Cümhuriyyətinin qurulmasını sizinlə birlikdə qeyd edir və xalqımıza, bölgəmizə və dünyaya fayda verəcək bir əsr daha dostluq və müttəfiqliyi səbirsizliklə gözləyirik”.