SON XƏBƏR: Netanyahu atəşkəs və istefa çağırışlarına cavab verdi

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdəki Kirya hərbi bazasında müdafiə naziri Yoav Gallant və Nazirlər Kabinetinin naziri Benni Qantzla mətbuat konfransı keçirib.

Sherg.az xəbər verir ki, Atəşkəs çağırışları ilə bağlı ABŞ-da 11 sentyabr hücumlarını xatırladan Netanyahu, ABŞ-ın 11 sentyabrdan sonra atəşkəsi qəbul etmədiyi kimi, 7 oktyabr hücumundan sonra da İsraildə atəşkəsi qəbul etməyəcəyini bildirib. “Atəşkəs HƏMAS-a təslim olmaq deməkdir".

Netanyahu, fələstinlilərə qarşı kollektiv cəza ittihamlarını da rədd edib.

“Bir nəfər də olsun mülki vətəndaşın ölməsinə ehtiyac yoxdur” deyən İsrail baş naziri, HƏMAS-ın mülki şəxslərin cənubdakı təhlükəsiz zonaya getməsinə icazə vermədiyini bildirib.

Bölgədə mülki əhalinin olmasına baxmayaraq hücumların davam edəcəyini bildirən Netanyahu, "İstefa etməyi planlaşdırmıram, HƏMAS-ı aradan qaldıracağam" deyib.