Dünya şöhrətli aktrisa Ancelina Coli 27 gündür İsrailin Fələstin xalqına qarşı ağır hücumlarına reaksiya verib. Qəzzadakı Cəbəliyə Qaçqınlar Düşərgəsinin bombalanması ilə bağlı açıqlama verən Coli, “Qəzzanın kütləvi məzara çevrildiyini” və dünya liderlərinin bu cinayətdə şərik olduğunu bildirib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmişdə Birləşmiş Millətlər Təşkilatı adına gördüyü işlər ilə tanınan 48 yaşlı məşhur ad, bombalanan düşərgənin fotosunu paylaşaraq bunları söyləyib:
Cabaliya qaçqın düşərgəsi Qəzza zolağında səkkiz qaçqın düşərgəsinin ən böyüyüdür. Düşərgədə 1948-ci il müharibəsindən sonra əksəriyyəti Fələstinin cənubundakı kəndlərdən qaçan qaçqınlar məskunlaşıb. Düşərgə 1,4 kvadrat kilometr ərazini əhatə edir. Təkcə Cəbəliyə Qaçqınlar Düşərgəsində UNRWA-da qeydiyyatda olan 116 011 fələstinli qaçqın var.
Bu, qaçmağa yeri olmayan tələyə düşmüş əhalinin qəsdən bombalanmasıdır. Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanasıdır və sürətlə kütləvi məzarlığa çevrilir."