Netanyahudan işğal siqnalı: Atəşkəs çağırışlarını rədd etdi

  İsrailin Qəzzaya hücumları 32-ci günüdür davam edir. Qəzzada ölənlərin sayı 10 mini keçib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu bir daha atəşkəs çağırışlarını rədd edərək, "Girovlar azad edilmədən atəşkəs olmayacaq" deyib. 


Netanyahu İsrail ordusunun Qəzzanı yenidən işğal edəcəyi ilə bağlı mesajlar verib. 

Müdafiə naziri Yoav Qalant da quru qoşunlarının yeni planlarını təsdiqləyib. İsrail ordusu gecə boyu Qəzzada dinc sakinləri bombalamağa davam edib.