Mossad-a əsaslanan ingilis mediasının xəbərində 9 il əvvəl vəfat edən Həmas üzvü Məhəmməd Sinvarın sağ olduğu və 7 oktyabr hücumunu planlaşdıran əsas komandada olduğu yazılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın oktyabrın 7-də qəfil hücumu İsraili alt-üst etdi. Bir-birinin ardınca açıqlamaların gəldiyi qızğın günlərdə səlahiyyətlilər bu hücuma illərdir hazırlaşdıqlarını qeyd ediblər. Hücumun ilk saatlarında İsrailə doğru 5 mindən çox raket atıldığı halda, HƏMAS əsgərləri motosikletlərlə cənubdan İsrailə daxil olub. Bu vəziyyətlə üzləşən İsrail ordusu 50 ildən sonra ilk dəfə rəsmən müharibə elan edərək Qəzzaya hücumlarına başladı. Otuz yeddi gündür davam edən bombardmanlarda 10 mindən çox qəzzalı həyatını itirib, ölənlərin əksəriyyəti qadın və uşaqlardır.
İsrail ordusu hələ də hücumun necə baş verdiyini dəqiq bilmir. Müharibənin əvvəlində bütün planın 7 oktyabr basqını zamanı "Qonaq" kodunu alan Muhammed Deif tərəfindən hazırlandığı düşünülürdü, lakin "Telegraph" qəzetində dərc olunan bir xəbər bu iddialara bir yenisini əlavə edir. İsrail kəşfiyyatına yaxın mənbələr iddia edir ki, HƏMAS-ın Qəzzadakı lideri və İsrailin “axtarılanlar” siyahısında birinci yerdə olan Yəhya Sinvarın kiçik qardaşı Məhəmməd Sinvar illərdir Qəzzanın altındakı tunellərdə yaşayır. Keçmiş Mossad şefi "The Telegraph"a verdiyi açıqlamada hücumun arxasında 3-4 mühüm fiqurdan ibarət bir qrup müəyyən edib və deyib: "O, oktyabrın 7-ni planlaşdıran əsas komandadan biri idi, bu dəqiqdir" -deyə keçmiş Mossad rəhbəri iddiaları dilə gətirib.
İyirmi ildən artıqdır ki, Məhəmmədi izləyən jurnalist Ronen Solomon isə deyir ki, onun ixtisası sərhədi aşmaq və adam oğurluğudur. Məhəmmədlə bağlı məxfilik o qədər böyükdür ki, hətta Qəzza sakinləri də onu artıq tanımır.
Doqquz il əvvəl İsrail və HƏMAS arasında müharibənin qızğın vaxtında dostlar Məhəmmədin öldüyü şəklini yerləşdirdilər. Jurnalist Solomon bu fotonun uydurma olduğunu iddia edir. Məhəmməd o vaxtdan bəri heç yerdə görünmür. Qəzzanı cəhənnəmə çevirən İsrail ordusu Məhəmməd Sinvarla əlaqəsi olduğunu iddia etdiyi ofislərə basqın edib. İsrail ordusu burada Sinvara aid sənədləri tapdığını iddia edir.
1987-ci ildə qurulan HƏMAS-a ilk qoşulanlardan olan Məhəmməd müxtəlif inzibati vəzifələrdə rütbələr yüksəldikdən sonra HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl Qəssam briqadalarında işləməyə başlayıb. 2005-ci ildə Xan Yunus briqadasının komandiri olub. Jurnalist Solomon isə iddia edir ki, HƏMAS-ın bir nömrəli qardaşı Məhəmməd tezliklə Rəfah Sərhəd Qapısından Misirə keçə bilər.