Türkiyəli fotoqrafçı Cem Doğut rəsmi X hesabı vasitəsilə NATO Hava Komandanlığının təşkil etdiyi döyüş təyyarələrinin havadan çəkilişləri müsabiqəsinin qalibi olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, NATO Hava Komandanlığının rəsmi X hesabında döyüş təyyarələrinin fotoşəkillərinin çəkilməsi üzrə müsabiqə keçirilib. "İlin ən sevdiyiniz təyyarə şəkli hansıdır" başlıqlı döyüş təyyarəsi fotosunun səsvermə yolu ilə müəyyən edildiyi müsabiqədə 4 ölkədən fotoqrafçıların işləri səsə qoyulub.
Türkiyəli aviasiya fotoqrafı və tədqiqatçısı Cem Doğut və hava fotoqrafları Christian Schrik, Bartek Bera və Giovanni Colla yarışıb. NATO öz hekayəsini çəkmək və izah etmək üçün öz milli və müstəqil fotoqraflarından istifadə etdiyini açıqlayıb.
Dekabrın 15-də başa çatan müsabiqədə 32 min 259 səs verilib. Cem Doğutun Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16-ların fotosu 56,3 faiz səslə ən çox bəyənilən şəkil olub.
Fransanın “Dassault Rafale” qırıcısının Baltikyanı bölgədə polşalı frilanser Bartek Bera tərəfindən yaxından çəkilmiş aerofotoqrafiyası 36,6 faizlə ikinci olub.
İtaliyalı Giovanni Collanın hava şousundan çəkilmiş şəkli 4,3 faizlə üçüncü olub.