İsrail Qəzzada həmişəlik qalacaqmı? İsrail firmasından reaksiya çəkən villa reklamı!

İsrail tikinti şirkəti Qəzzada mənzil elanı dərc edib. İsrail hər fürsətdə müharibədən sonra Qəzzanı işğal etməyəcəyini söyləsə də, reklam beyinlərdə suallar doğurdu.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Qəzzalı mülki vətəndaşlar üçün məzarlığa çevrilən xarabalıqların üzərinə villaların şəkilləri yerləşdirilib. İsrailin inşaat şirkəti "Harey Zahav" Qəzzada “Oyan, sahildəki ev yuxu deyil” başlığı ilə mənzil elanları dərc edib.

Şirkətin Qəzzanın cənubunda 2005-ci ildə boşaldılan “Kuş Katif Yəhudi Məskən Bölgəsi”nə geri dönmək üçün hazırlıqlar gördüyü bildirilib.

Reklamda fələstinlilərdən “işğalçı” kimi bəhs edilib və “İşçilərimiz işə başlayıb, xarabalıqları təmizləyirik və işğalçıları yığışdırırıq” deyilir.

Başqa bir reklam elanında Qəzzada tikinti layihəsinin eskizi nümayiş etdirilib. Elanda “İndi önsatış qiymətlərlə” qeyd olunub.