Netanyahu “Hizbullah”a xəbərdarlıq edib
12:16 07.01.2024
Dünya
609
İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.
APA xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclası zamanı təşkilatın rəhbərliyini HAMAS-ın üzləşdiyi taleyə nəzər salmağa çağırıb.
İsrailin hökumət rəhbərinin sözlərinə görə, ölkəsi Livanla sərhəddə gərginliyi azaltmaq üçün siyasi və diplomatik yola üstünlük verir, lakin lazım gələrsə, öz təhlükəsizliyini təmin etmək naminə istənilən başqa addımı atmağa hazırdır.
“Vətəndaşlarımızı qorumaq və Qəzza zolağının şimalından köçənləri təhlükəsiz şəkildə evlərinə qaytarmaq əzmindəyik. Bu, hamımızın ortaq milli məqsəddir və buna nail olmaq üçün məsuliyyətlə addım atırıq. Əgər alınsa, siyasi yollarla edəcəyik və yaxud başqa üsullarla hərəkət edəcəyik”, - Baş nazir qeyd edib.
Netanyahu İsrail düşmənlərinə açıq mesaj göndərərək deyib ki, 7 oktyabrda baş verənlər bir daha təkrarlanmayacaq.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 93-cü gündür ki, davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm