Naxçıvanda saat 15:00-dək seçici fəallığı 58.13 faiz olub

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə seçici fəallığı açıqlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, saat 15:00-a olan məlumata görə, muxtar respublika üzrə seçici fəallığı 58.13 faiz olub.
Naxçıvanda ümumillikdə 165983 nəfər səs verib.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 15:00 - a olan seçici fəallığı barədə məlumatı təqdim edir:

1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 27746 nəfər, 58.03%
2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 27441 nəfər, 57.14%
3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 29155 nəfər, 61.23%
4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 28432 nəfər, 60.13%
5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 27856 nəfər, 57.98%
6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 25353 nəfər, 54.25%