Rusiya Ukraynada avtobus dayanacağını vurdu: 12 nəfər ölüb, 14 nəfər yaralanıb

Rusiya Ukraynanın şərqində yerləşən Kramatorsk şəhərinə zərbə endirib.

Sherg.az xəbər verir ki, hücum nəticəsində avtobus dayanacağı və avtobus vurulub. Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.

Donetsk vilayəti administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib ki, ölənlər “müharibənin nəticələri və ya quru statistik rəqəmlər deyil”, onların Rusiya ordusu tərəfindən öldürülən insanlar olduğunu deyib.

Məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin müdafiəsinin əsas xəttini təşkil edən və “qala kəməri” adlandırılan Kramatorsk və digər şəhərlərə PUA və raket hücumlarını intensivləşdirib.