Ukraynanın Rusiyaya dron hücumunda bir nəfər ölüb, bir nəfər yaralanıb

Moskva vilayətinin Klimovsk şəhərində Ukraynanın dron hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

Onun sözlərinə görə, PUA hücumundan sonra üç avtomobil yanıb, yaxınlıqdakı çox mənzilli binanın pəncərələri sınıb.