Suvenerliyin bərpasından sonra keçirilən ilk seçki - Emin Həsənli
15:25 07.02.2024
Gündəm
550
Bu gün səhər saatlarından xalqımız böyük əhval-ruhiyyə ilə səsvermədə iştirak edir.
Bu sözləri Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib:
“Mən özüm də səsvermədə səhər saatlarında iştirak etdim. Səsvermə prosesində insanların nə qədər aktiv olduğunu gördüm. Səsvermə keçirilən bir neçə ərazidə müşahidə aparmaq onu deməyə əsas verir ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə daha böyük bir əhval-ruhiyyə var. Vətəndaşlar səsvermədə böyük coşqu ilə iştirak edib. Düzdür, vətəndaşlarımız hər zaman seçkilərə məsuliyyətli yanaşıblar, səsvermə prosesində iştirak ediblər. Seçicilər indi səsvermədə əvvəlki seçkilərdən fərqli olaraq qalib ordunun vətəndaşı kimi iştirak edir. Zəfərdən sonra ilk dəfə seçki keçirilir. Azərbaycan müstəqillik tarixində ilk dəfədir ki, suverenliyin tam bərpasından sonra seçki keçirilir. Hazırda Azərbaycan bütün ərazilərində seçki keçirilir. Bu da çox qürurvericidir. Çox gözəldir və bu münasibətlə xalqımızı təbrik edirəm. Xalqımız üçün xeyirli, uğurlu olsun. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailəsinin Xankəndidə səsverməsi tarixi hadisədir. Bu hal dosta sevinc, düşmənə göz dağıdır. Buna dost ölkələrimiz baxıb sevinir, Ermənistan və onun arxasında duran ölkələrinin vəziyyətini təsvir etmək çətin deyil. Azərbaycan yaxın illərdə daha böyük zəfər əldə edəcək, ölkəmiz daha da güclənəcək. Həm iqtisadi, həm siyasi, həm regionda, həm də dünyada nüfuzu daha da artacaq. Hesab edirəm ki, ordu quruculuğunda, gənclər siyasətində, təhsil sahəsində, ümümiyyətlə, bütün sahələrdə əldə edən uğurlar davam edəcək. Azərbaycanın çox gözəl, böyük gələcəyi var. Dünyanın ən gözəl, ən yaxşı ölkələrin biri kimi hər zaman öz sözünü deyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region