Ermənistan DİN-i Zeynallı ilə bağlı açıqlama yaydı - Təcili

Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Axar.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.​
“Sözügedən şəxs barəsində qətl törətmək ittihamı ilə dövlətlərarası axtarışa başlanılıb”, -məlumatda deyilir.
Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanılıb.