Rubinyan: Azərbaycan hərbçisinin sərhədi necə keçdiyi araşdırılmalıdır

  • Parlament spikeri müxalifəti hadisədən daxili siyasi mübarizədə istifadə etməməyə çağırıb

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçməsinin hansı şəraitdə baş verdiyinin hələ müəyyənləşdirilməli olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Rubinyan hərbçinin fərarilik edib-etmədiyinin, yoxsa sərhədi təsadüfən keçdiyinin araşdırılmasının vacib olduğunu deyib. O, insidentin təxribat cəhdi olduğunu düşünmədiyini, daha çox fərarilik versiyasına meyilli olduğunu bildirib.

Rubinyanın sözlərinə görə, Azərbaycan hərbçisinin Ermənistan ərazisində mülki vətəndaşa atəş açması ayrıca araşdırılmalıdır. O, həmçinin Ermənistan hüquq-mühafizə orqanları və hərbçilərinin insident zamanı hərəkətlərinin effektivliyinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Parlament spikeri müxalifəti hadisədən daxili siyasi mübarizədə istifadə etməməyə çağırıb.