CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi helikopterin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib.

APA xəbər verir ki, bu barədə CENTCOM-un “X” hesabında məlumat verilib.

Bildirilib ki, İranın dövlət mediası tərəfindən iddia edildiyi kimi, “MH-60R” helikopteri qəzaya uğramayıb və ya vurulmayıb.

“Bütün ABŞ hərbi uçuş vasitələri təhlükəsiz şəraitdə öz yerindədir”, - məlumatda qeyd olunub.