Azad Vətən Partiyası Xocalı soyqırımı abidəsini ziyarət edib -FOTO

Azad Vətən Partiyasının rəhbərliyi Xocalı soyqırımının anım günündə şəhidlərin xatirəsini yad etmək üçün “Ana fəryadı” abidəsinin ziyarət edib.
 Sherg.az xəbər verir ki, abidənin önünə əklil qoyan partiya üzvləri şəhidlərin xatirəsinə dualar oxuyublar, Allahdan onlara rəhmət diləyiblər.

 AVP  sədri Akif Nağı mətbuata açıqlamasında deyib: 
“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin xatirəsini yad etmək hər kəsin borcudur. Biz şəhidlərin xatirəsini yad etməklə yanaşı Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün bütün imkanlardan istifadə etməliyik. Dünya həqiqəti ona görə bilməlidir ki, ermənilərin iç üzünü tanısın və bir daha bu cür faciələrə yol verilməsin, ermənilərin faşist ideologiyası bir daha  baş qaldırmasın”.