Kiloqramı 25-30 manata satılan hind qozu ölüm saçır - Professordan XƏBƏRDARLIQ
10:29 12.03.2024
Sağlamlıq
3902
Novruz bayramında qoz, fındıq, badam, fıstıqla yanaşı hind qozu adıyla tanınan kaju da çox satılır. Maraqlıdır ki, hind qozu – kaju Azərbaycan insanına o qədər də tanış çərəz deyil. Bununla belə son illərdə bu çərəzə də meylin artdığı görünür. Təhlükəlisi budur ki bu çərəzin xeyrindən çox ziyanı olduğunu əhali bilmir. Qardaş Türkiyədə də son onilliklərdə populyarlaşan kaju – hind qozunun ziyanlı tərəfləri barədə tanınmış professor, qida mütəxssisi Canan Karatay həyəcan təbili çalıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Canan Karatay hind qozunun, xüsusən də qovrulmuş halda, ziyanlı olduğunu açıqlayıb. C.Karatay kaju barədə “həyatım boyunca bir dəfə də yemədim”, deyib. Hibd qozunu bu qədər təhlükəli edən nədir? Professor bildirib ki, kajunun hazırlanmasında bromid duzundan istifadə edilir, bu isə orqanuzm üçün çox təhlükəlidr. Çərəz xarab olmadan uzun müddət saxlana bilsin deyə, o bromid tərkibli qazla qovrulur. Bu qaz isə kiflənməni də önləyir. C.Karatay ona müraciət edən şəxslər arasında Braziliyada daşıma sektorunda çalışanların da olduğuna diqqət çəkərək qeyd edib ki Türkiyəyə idxal edilən hind qozu Braziliyada istehsal edilir. Uzun müddət xarab olmadan saxlana bilsin deyə çərəzin üzərinə bromid qazı püskürdülür. Bu da orqanizm üçün böyük təhlükə mənbəyidr. C.Karatay açıqlamasında “insanlarımız bu növ məhsulları almamalıdır, yerli və təbii məhsullara üstünlük verməlidir. Hind qozu əvəzinə bildiyimiz, tanıdığımız qoz, fındıq, fıstıq kimi çərəzlərə üstünlük verməliyik. Mən həyatım boyunca bir dənə də hind qozu yemədim, yemərəm də. Cöüz, fındıq, fıstıq varkən, hind qozuna nə ehtiyac?!”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət