Anev şəhəri Türk dünyasının mədəniyyət paytaxtı...


26-28 mart tarixlərində Türkmənistanda Anev şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı açılış mərasimi keçiriləcək.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Türk Dövlətlər Təşkilatının saytında məlumat yayılıb.

Qeyd edək ki, ötən il Şuşa şəhərində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə ötürülüb.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib.