Erməni diplomat Belarus XİN-ə çağırıldı

Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun İrəvandakı diplomatik missiyasının binasına qarşı vandalizm aktı ilə əlaqədar Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz deyib.

Qeyd edək ki, bu gün bir qrup erməni siyasətçi Aleksandr Lukaşenkonun sözlərinə etiraz edərək Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya keçirib, binaya tərəvəzlər atıblar.