Mədəsindən düz 2 kilo saç çıxdı - FOTOLAR

Həkimlər həyatlarında bu qədər saç topası ilə ilk dəfə qarşılaşıb

 Hatayda tibb tarixində nadir hadisə yaşanıb. Qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən gənc qız dərhal əməliyyata alınaraq mədəsindən 2 kiloqramlıq tük topası çıxarılıb. Əməliyyatı həyata keçirən həkim karyerasında ilk dəfə saç toplarından ibarət belə böyük kütlə ilə qarşılaşdığını bildirib.

“Şərq” türk mediasına istinadən xəbər verir ki, İskenderun rayonunda yaşayan 20 yaşlı Ö.A qarın ağrısı şikayəti ilə İskenderun Dövlət xəstəxanasına müraciət edib.

Xəstəxananın Ümumi Cərrahiyyə Mütəxəssisi Opr. Dr. Süleyman Belli apardığı endoskopiya nəticəsində Ö.A-nın mədəsində kütlə aşkarlayıb.

Əməliyyata aparılan gənc qızın mədəsindən 2 kiloqram 50 santimetr uzunluğunda tük kürəsi çıxarılıb. Belli peşəkar həyatında saç toplarından ibarət bu qədər böyük kütlə ilə ilk dəfə qarşılaşdığını bildirib.

Daşlaşmış tük topunu endoskopiya ilə çıxarmaq və ya dərmanla əritmək şansının olmadığını izah edən Belli, "Əməliyyat zamanı qarın və mədənin ön hissəsində təxminən 1 santimetrlik yırtıq olduğunu gördük. Bu yırtıq mədəni tamamilə dolduran və onikibarmaq bağırsağı da dolduran çədə şəkilini almış bir saç topası olduğunu aşkarladıq. Xəstənin müalicəsi ümumi cərrahiyyə xidmətində davam edir. O artıq  sağlamlığına qovuşub”-deyə bildirib.

Süleyman Belli qeyd edib ki, xəstə palatada müalicə olunduqdan sonra evə buraxılacaq.