Azərbaycan terrorizmlə mübarizədə... -XİN

“Terrorizm qurbanı olmuş vətəndaşlarımızın xatirələrini dərin kədər və ehtiramla yad edirik”.
Sherg.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Beynəlxalq Terrorizmin Qurbanlarını Anma və Hörmət Günü ilə bağlı paylaşımında deyilir.

Bildirilib ki, terrorun ciddi şəkildə zərər vurduğu bir ölkə olaraq, Azərbaycan həm milli, həm də beynəlxalq səviyyədə terrorizmə qarşı mübarizədə həmişə ön sıradadır.

“Terrorizmin bütün formalarını və təzahürlərini qəti şəkildə rədd edir və bu ciddi təhdidə qarşı möhkəm beynəlxalq tədbirlərin görülməsini güclü şəkildə müdafiə edirik”, - paylaşımda vurğulanıb.