Kür çayında bir nəfər batıb

Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfər batıb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü Yavər Yaqub oğlu Qasımov Kür çayında çimərkən boğularaq ölüb.
Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.