Moskvadakı terror aktında iştirak edən 4 terrorçu saxlanılıb

"Crocus City Hall"da terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla 11 nəfər saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Onun sözlərinə görə, "Crocus City Hall"da terror aktında iştirak edən 4 terrorçu da daxil olmaqla, 11 nəfər saxlanılıb.