“Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayı… + YENİLƏNİB - 2

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

APA xəbər verir ki, mənbələr “Baza” teleqram kanalına ölü sayının 143-ə çatdığını bildirib.

Ölü sayının daha da artacağı ehtimal edilir.

***

13.56

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.
Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.