Türkiyədə İŞİD-lə əlaqəsi olan 17 nəfər saxlanıldı

Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İŞİD-lə əlaqəsi olan 17 şübhəlini saxlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə TRT Haber bildirib.
Telekanal daha 10 nəfər axtarışda olduğunu bildirib.
Xatırladaq ki, dünən Türkiyə Daxili İşlər Nazirliyi terror təşkilatının 40 üzvünün saxlanılması barədə məlumat yayıb.